Şehiç türk fanatların təhriqlərinin cavabını “Qarabağ”la verdi

Şehiç türk fanatların təhriqlərinin cavabını “Qarabağ”la verdi

"Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin "Ərzurumspor”dan ayrılacağı gündəmdədi.

Sport7.az xəbər verir ki, bu ayrılıq xəbəri ərzurumlu fanatları özündən çıxarıb.
 
Onlar komandanı tərk etməyə çalışan qapıçını sərt şəkildə qınayıb.
 
Fanatların bu hərəkəti Şehiçin sükutu pozmasıyla nəticələnib. Sosial şəbəkələr vasitəsiylə azarkeşlərə müraciət edən İbrahim "Qarabağ”ı da xatırlayıb:

"Sevgili Ərzurum ailəm, mən növbəti mövsümdə harda oynayacağıma hələ qərar verməmişəm.

Bununla belə, bunun şəxsi qərarım olacağını da deməliyəm. Qərarımı nə ailəmin, nə də menecerimin təsiri ilə verməyəcəm. Xaraktercə həmişə yenilik axtarışındayam. Ərzuruma Çempionlar Liqasının qrupunda oynayan bir komandadan gəlmişdim. Onda da bu qərarı özüm vermişdim. Sizdən ricam odu ki, mənə hörmət bəsləyəsiz. Şəxsimə, ailəmə çirkin və ürəkqıran sözlər deməyin, mesajların yazmayın. Çünki bu, doğru deyil.
 
Harda oluramsa, olum, həmişə Dadaşım”.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR