Şehiçdən “Mən də varam” ismarıcı

Şehiçdən “Mən də varam” ismarıcı
Türkiyə Super Liqasında 3-cü tura start verilib.

Sport7.az xəbər verir ki, turun ilk qarşılaşmasında "Rizəspor” doğma meydanda "Ərzurumspor”u qəbul edib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və tərəflər meydandan bir xalla ayrılıblar.

Bu xal debütant "Ərzurumspor” üçün mövsüm ərzində ilk olub. Ərzurum ilk iki tur ərzində məğlub olmuşdu. Maraqlıdı ki, debütant ilk dəfə qapısını toxunulmaz saxlaya bilib. Bunda isə "Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçin də əməyi olub.

Belə ki, bosniyalı qapıçı bu mövsüm ilk dəfə meydana çıxıb və 90 dəqiqə ərzində "çərçivə”ni etibarla qoruyub. İlk iki qarşılaşmada "Ərzurumspor” qapısında 6 qol görmüşdü.

Şehiçin bu uğurundan sonra onun əsas heyət üzvünə çevriləcəyi inandırıcı görünür. Meydana çıxdığı ilk oyundaca qapısını qola bağlayan İbrahim azarkeşlərə və baş məşqçiyə "Mən də varam” mesajı vermiş oldu.

Sport7.az
 

Xəbər lenti