Səlahət Ağayev:

Səlahət Ağayev: "Kamran Ağayev kimi təcrübəli qapıçımız var" - MÜSAHİBƏ

"İnter”in qapıçısı Səlahət Ağayev klubunun rəsmi saytına müsahibə verib. Sport7.az saytı həmin müsahibəni təqdim edir.

- Səlahət, "Xəzər Lənkəran”la oyunda zədə almışdın. İndi vəziyyətin necədir?
- Yaxşıdır, məşqlərə başlamışam.

- Səni qarşıdakı oyunda görə biləcəyik?
- İnşallah, məşq edirəm, məşqçilər korpusu lazım bilsə, meydana çıxacağam. Ümumiyyətlə, "İnter”də qapıçı problemi yoxdur. Mən olmasam da, komandada yetərincə təcrübəli qapıçılar var.

- Milli komandanın yeni məşqçisinin adı açıqlandı. Yeni məşqçidən təklif gözləyirsən?
- Təbii ki, milli komandada oynamaq hər bir futbolçu üçün böyük şərəfdir. Klubda özümü yaxşı tərəfdən göstərməliyəm ki, dəvət alım.

- Milli komandanın son oyununda qapıda sən dayanmışdın. Necə düşünürsən, yeni məşqçi qarşıdakı oyunlarda sənə şans verəcək?
- Vacib olanı budur ki, milli komanda qalib gəlsin. Qapıda kimin qayanacağı o qədər də önəmli deyil. Kamran Ağayev kimi təcrübəli qapıçımız var. Qapıda kimin dayanacağını məşqçilər korpusu müəyyənləşdirir. Biz də onların qərarlarına hörmətlə yanaşırıq.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR