Səlçuk qoldan əvvəl Ardanı necə aldadıb?

Səlçuk qoldan əvvəl Ardanı necə aldadıb?

Vurduğu qolla Türkiyə millisini Fransada keçiriləcək AÇ-2016-nın final mərhələsinə yollayan Səlçuk İnan İslandiya ilə matçın son dəqiqələri haqda danışıb. Sport7.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi bunu qəhrəmanlıq adlandırıb.

Səlçuk cərimə zərbəsini yerinə yetirəcəyi anda Arda ilə arasında olan dialoqdan söz açıb: "Cərimə zərbəsi təyin olunanda, Arda yanıma gəldi. Mənə dedi ki, Paşa, əgər məsafə uzaqdısa, asma da edə bilərsən. İstəyirsənsə, cərimə meydançasının içinə girək. Mən isə onda dedim ki, "sən get, asma edəcəm". Bu, həyatımın ən mənalı qolu idi. Buna görə də çox xoşbəxtəm. Təbii ki, bu, hamımızın qəhrəmnalığıdı. Bunu şəxsiləşdirmək doğru deyil. 1 xalımız olanda belə, hamımız "biz bitdi demədən, heç nə bitməz" demişdik. Çox şükür ki, istəyimizə nail olduq. Bu, həqiqətən də çox önəmli uğurdu. Ölkəmizin acılı günlərində insanlarımızı xoşbəxyt etmək, final mərhələsinə gemtəkdən daha vacib idi". 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR