Səlimovla Məcidov qələbə ilə başladı

Səlimovla Məcidov qələbə ilə başladı
Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Sport7.az xəbər verir ki, yarışın V günündə Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulub.
 
İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən start verib. O, çinli Zao Minqqanqla qarşılaşıb. Görüş 3:0 hesabı ilə Kamranın xeyrinə başa çatıb. Bu nəticə ilə təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək. Həmin matç avqustun 13-də keçiriləcək.
 
Daha sonra Albert Səlimov yumruğunun gücünü sınayıb. 60 kq-da çıxış edən dəri əlcək ustamız Olimpiadaya 1/8 finaldan start verib. Təmsilçimiz irlandiyalı Devid Coysla münasibətlərinə aydınlıq gətirib. Hər üç raundda rəqibindən üstün olan Albert qələbə qazanaraq 1/4 finala yüksəlib.
 
Günün son döyüşündə isə rinqə Məhəmmədrəsul Məcidovun çıxıb. Superağır çəkidə (+91 kq) mübarizə aparan idmançımız 1/16 finalda mərakeşli Mohammed Arjaouinidən hərr 3 raundda üstün olaraq 1/8-ə yüksəlib.

Xəbər lenti