Səliqəsiz uşaqlar problemi - FOTO

Səliqəsiz uşaqlar problemi - FOTO
"Neftçi” fanatlarının sosial şəbəkələrdəki aktiv səhifələrindən birində şəkil paylaşılmdışdı. Diqqətimi çəkdi. Təqdimaq beləydi: "Gənc müdafiəçimiz Fərid Abbaslı milli formada”. Yazının sonunda həmin fotoya siz də baxa bilərsiz. Baxın və köks ötürün...

Bu yazını qələmə almaqla nə Fəridi, nə də "Neftçi”ni hədəfə çevirmək, günahkar elan etmək istəmirik. Günah təkcə onlarda deyil. Onlar "ümumi qazan”da qaynayır, hərəsi günahın öz üzərlərinə düşən hissəsini daşıyırlar. Və bu problemin həlli nə Fəriddən, nə də "Neftçi”dən asılı deyil. 
 
Şəklə diqqətlə baxın və söhbətin nədən getdiyini anlayacaqsınız. Kiçik nüans olsa da, xeyli vacibdir. Milli komandanın forması hamımız üçün müqəddəsdir. Məntiqlə o formanı geyinən futbolçular da o formaya layiq olmalı, onu dəyərləndirməlidilər. Çox güman ki, Fərid üçün də elədir. Amma millinin formasını geyinən futbolçu həm də nümunəvi insan olmalı, üst-başının səliqəsi, davranışları ilə alqış qazanmalı, özündən sonra gələnlərə doğru yol göstərməlidir.

Fərid Abbaslının şəkil çəkdirdiyi otağın harda yerləşdiyini dəqiq bilmirəm. Amma güman ki, gənclər və ya yeniyetmələr millimizin təlim-məşqi zamanı məskunlaşdığı baza, yaxud da otelin otağıdı. Orda Fəridlə yanaşı azı 2-3 futbolçunun da yaşadığı məlum məsələdi. Otağın səliqəsinə, daha doğrusu səliqəsizliyinə diqqət yetirin. Aynanın qarşısına keçib, şəkil çəkdirmək, poz vermək üçün özlərində güc tapan gənc futbolçularımız otaqlarında birbalaca səliqə-sahman yaratmağa, yerə səpələdikləri əşya və geyimləri toplamağa, yataqlarını yığışdırmağa ərinirlər. Həvəsləri yoxdu, bunca səliqəsizliyin fərqində deyillər, belə də qəbul edirlər, narahat olmurlar.
 
Ağır dərddi...

Dəyərli Nail Kərimovla "Qəbələ”nin futbol akademiyası barəsində dəfələrlə söhbətləşmişik. Deyib ki, futbolçunun topla davranışlarına, sürət və çevikliyinə diqqət yetirməklə yanaşı, səliqə-sahmanına, elm və təhsilə marağına da fikir verirlər. Gələcəkdə təkcə yaxşı futbolçu yox, həm də nümunəvi insan, cəmiyyətə fayda verəcək şəxs yetişdirməyə çalışırlar.

Fəridin və onun otaq yoldaşlarının belə yetişdirilmədiyi onların öz günahları deyil. İlk gündən təməl düzgün qoyulmayıb, onlara bunu başa salmayıblar. Kimin günahıdı? İndi vacib olan günah sahibinin kimliyi deyil, onu aradan qaldırmağımızdı. Bu günahları etməməliyik, belə qəbahətlərimizi mütləq tərgitməliyik. Yalnız onda biz futbolda böyük uğurlar qazanmaq barədə düşünə biləcəyik. 
 

 
Sport7.az

Xəbər lenti