Səməd Nəsibov da

Səməd Nəsibov da "Qəbələ"dən ayrıldı

"Qəbələ"nin marketinq-meneceri Səməd Nəsibov klubdan ayrılıb.
 
Sport7.az xəbər verir ki, Səməd bəy bu haqda şəxsi "feysbuk" səhifəsində məlumat verib. O 10 ildi çalışdığı "Qəbələ"dən ayrılması ilə bağlı açıqlamasında bunları yazıb: "Hər şeyin bir əvvəli var bir sonu. Bugün artıq 10-cu ildi calışdığım "Qəbələ” klubundan ayrıldım. "Hyudai”, "Sarar”, "Acıbadəm”, "Avis” kimi beynəlxalq brendlərin klubla əməkdaşlığına nail olmaq, 3 "Gabala Cup”ın, "Jalə” kubokunum təşkilatçılığını etmək. "Gabala Cup”ın bir dəfə "Ntv Spor", bir dəfə də "TRT"də yayımına nail olmaq. Klub üçün fanşop qurmaq. Klubu sosial şəbəkələrə çıxarmaq. 3 boks yarışı və bir "Gloria" tədbirinin əsas təşkilatçılığını eləmək (biri "Eurosport" kanalı ilə canlı yayımlanıb). İki il Avroliqa qruplarında iştirak. Neftçi ilə final oyununda 15 min tamaşaçı üçün hər oturacağa bayraq ideyasını ilk dəfə həyata keçirmək kimi önəmli fəaliyyətlərə imza atmaq düşdü qismətimə bu on ildə. Amma mənə ən zövq verən fəaliyyətimin ən uğursuz görünən tərəfi idi. Azarkeşlərlə iş! "Qəbələ” üçün darıxacam. Amma ən çox azarkeşlər üçün. Artıq klub rəsmisi olmadığım üçün rahat danışa bilərəm. Futbolumuzin gələcəyi akademiyalar, uşaq futbolu deyil, azarkeşlərdi.

Uzun sözün qısası, yeni bir başlanğıc üçün son dayanacağa gəldim. "Qəbələ”yə yeni mövsümdə uğurlar diləyirəm. Bundan sonra mən nə edəcəm? Hələ bilmirəm (gülür)".
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR