Səməd Nəsibov: "Stadionu PFL-ə vermişik"

Səməd Nəsibov:
Kubokun finalı Qəbələdə keçiriləcək.

Bəs Qəbələ tərəfi bu matça necə hazırlaşır. Xüsusən də təşkilatçılıq baxımından. 

Bu suallara cavab tapmaq üçün klubun marketinq-meneceri Səməd Nəsibovla danışdıq. Səməd bəy Sport7.az-a açıqlamasında bunları söylədi:

"Hələ hazırlıqlara başlamamışıq. Amma fanklublar səviyyəsində müəyyən işlər görülür. Yaxın zamanlarda bu məsələ haqqında qərar veriləcək. Biz yalnız fanklub üçün PFL-dən bilet istəyəcəyik. Müəyyən kampaniyalar, çağırışlar olacaq. İstəyən gəlib bilet alıb stadiona gedəcək. Yəni, bileti alıb kiməsə paylamaq söhbəti olmayacaq. Bu gün isə məsələ haqda konkret heç nə yoxdu. Olsa belə, inanmıram ki, kimsə bilet alıb başqalarına paylasın. 

VİP yer deyəndə, biz stadionu PFL-ə vermişik. Çünki tədbiri onlar keçirəcək. Bilet məsələlərinə də onlar baxacaq"

Sport7.az

Xəbər lenti