Səməd Qurbanov: "Şəxsiyyətli bir məşqçi axtarırdıq"

Səməd Qurbanov:
"Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Quranov klubdakı yeniliklərlə bağlı fikirlərini bölüşüb.
 
Səməd bəy Sport7.az-a açıqlamasında italiyalı mütəxəssis Roberto Bordinin baş məşqçi seçilməsi haqda qərarlarına toxunub, bəzi suallarımıza cavab verib.
 
"Əlbəttə, Müşahidə Şurasının toplantısında mən də iclasda iştirak etdim, müzakirələrə qatıldım. Toplantı yüksək səviyyədə keçdi. "Neftçi"nin adını qaytarmaq istəyirik. Bu üzdən məsləhət belə oldu ki, italyan mütəxəssisi gətirək. 
 
5-6 yerli namizədlərə imkan yaratmışdıq ki, özlərini göstərsinlər. Fikirləşdik ki, "Neftçi"nin adını özünə qaytarmaq üçün sanballı məşqçi gətirək. Yaxşı titulları var. İşlədiyi yerlərdə qazandığı uğurları nəzərə alaraq, klub prezidenti Kamran Quliyev də, Müşahidə Şurasının sədri və üzvləri də razılığını verdi. Şəxsiyyət olan bir komanda öz yerini tutmalıdı. Ona görə də şəxsiyyətli bir məşqçi axtarırdıq, onu da tapdıq. Allahın köməkliyi ilə yaxşı olacaq.
 
İtaliya ilə Azərbaycan futbolu oxşardı. Əvvəla, futbolun gözəlliyi hücumdu, qol vurmaqdı. Yəqin, məşqçi də başa düşür ki, "Neftçi"ni irəli aparmaq üçün qol vurmaq lazımdı. Onunla 2 illik müqavilə bağladıq.
 
Burda heç bir şey yoxdu. Deyirlər ki, əcnəbidi filan. Fikrimiz "Neftçi"nin əzəmətini yenidən qaytarmaqdı. Yaxşı təcrübəli məşqçidi. Hələ ki, planlarla bağlı söhbət etməmişik. Yəqin 5-10 günə iclasımız olacaq. Avroliqada nəsə etmək istəyirik. Bu məşqçini gətirmişiksə, qrup mərhələsinə vəsiqə qazanmağa çalışacağıq".
 
Sport7.az
 

Xəbər lenti