"Şəmkir"də baş məşqçi dəyişikliyi gözlənilir" - Vaqif Əliyev

Birinci divizionda iddialılardan olan "Şəmkir" də premyer-liqada çıxış etmək istəyirdi. 

Amma sonradan baş məşqçi dəyişikliyi həyata keçirildi, ardından komandada eniş yaşandı və nəticədə "Şəmkir" birinci divizionu 6-cı pillədə başa vurdu. Mayın 12-də də Lisenziyalaşdırma Komissiyasının iclasında "Şəmkir"ə premyer-liqada iştirak üçün lisenziya verilmədiyi açıqlandı. Ancaq digərləri kimi "Şəmkir"in də apellyasiya şikayəti vermək hüququ vardı. Bəs klub rəhbərliyi necə bu hüququndan istifadə edəcəkmi?

Məsələ ilə bağlı "Şəmkir"in İdman Direktoru Vaqif Əliyevlə danışdıq. Vaqif bəy Sport7.az-a açıqlamasında bunları söylədi.

"Maliyyə meyarları ilə bağlı tələbləri yerinə yetirə bilmədiyimiz üçün rəhbərlik apellyasiya şikayəti verməyə ehtiyac duymadı. Premyer-liqaya çıxmaqla bağlı müraciət etmişdik. Maliyyəmiz çatmadı. 

Növbəti mövsümdən necə olacağını dəqiq bilmirəm. Çünki çempionat yenicə bitib. Yəqin ki, qarşıdakı günlərdə komanadnın strategiyası bəlli olacaq. Hələ bu haqda danışmaq tezdi. Komanda istirahətə buraxılıb. Müqaviləsi bitənlər olacaq, yeni futbolçular yığılacaq yəqin ki. Nə vaxt toplanacağımız da dəqiqləşməyib.

Amma çox güman yeniliklər olacaq. Baş məşqçi dəyişikliyi də gözlənilir. Amma siyahıda hansı namizədlərin olub-olmaması ilə bağlı dəqiq heç nə deyə bilmərəm".

Sport7.az

Xəbər lenti