Şəmkirlilər yeni stadionda oynayacaq - FOTOLAR

Şəmkirlilər yeni stadionda oynayacaq - FOTOLAR
Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yeni stadion istifadəyə verilib.

Sport7.az xəbər verir ki, kəndin mərkəzində yaradılan stadion Şəmkir rayon İcra Hakimiyyəti başçısının Aşağı Seyfəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı, kəndin Rusiya Federasiyasında fəaliyyət göstərən iş adamlarının maddi dəstəyi ilə ərsəyə gəlib.
 
Stadionun ərazisi təmizlənib, qapı dirəkləri quraşdırılıb və ətrafına 3 metr hündürlüyündə tor çəkilib. Eyni zamanda stadionun yerləşdiyi ərazidə voleybol meydançası gənclərin ixtiyarına verilib.
 
Kəndin icra nümayəndəsi Oruc Qarayev bildirib ki, gələcəkdə stadionda futbolçular üçün soyunub-geyinmə otaqları da inşa ediləcək.

Stadionun açlışında "Seyfəli” komandası qonşu Könüllü kəndinin futbolçuları ilə qarşılaşıb.

Bu gün Aşağı Seyfəli kəndində sakinlərlə görüşən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov da stadiona baş çəkib.

Məmmədov bildirib ki, Azərbaycanın hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi çox böyük əhəmiyyət daşıyır: "Çünki idman ictimai həyatın mühüm hissəsidir. Tikilən idman qurğuları, sosial infrastrukturun yeniləşməsi, - bütün bunlar sosialyönümlü tədbirlərdir. Biz tək Aşağı Seyfəlidə deyil, bütün kəndlərimizdə gənclərin asudə vaxtını səmərəli keçirmələri üçün belə tədbirlər davam etdirəcəyik”.
 





 
Sport7.az

Xəbər lenti