Sənan Qurbanov: "Bizim üçün yaxşı məşq oldu"

Sənan Qurbanov:
Topaz Premyer Liqasının 2018/19 mövsümünə hazırlıq çərçivəsində keçirilən "Keşlə” - "Qəbələ” oyunundan (0:2) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
 
Sport7.az sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir: "Yeni mövsüm öncəsi son hazırlıq matçı idi. Son üç gündə keçirilən məşqlərdəki yükləmələrdən sonra futbolçulara düzgün oynamağı tapşırmışdıq. Oyunçuların verilən tapşırığı yerinə yetirdiklərini demək olar. Bizim üçün yaxşı məşq oldu. Həm də Premyer Liqa komandasını tanıdıq. Yeni futbolçularımız gündən günə irəliləyir, inkişaf var. İnkişaf bizi sevindirir”. 

Qurbanov ilk üç turu buraxmalı olan komandanın kapitanı Cavid Hüseynov barədə də fikirlərini bildirib: "Cavid komandamızın kapitanı, bizim üçün vacib futbolçudur. Onun liderlik keyfiyyətləri bizə çox lazımdır. Çalışacağıq ki, onun yoxluğunu hiss etdirməyək. Üç oyun az deyil. Elvin Camalovla Sabien Lilayın oyunu məni sevindirdi. Hər ikisi verilən tapşırığı yerinə yetirdi”.
 
Mütəxəssis Topaz Premyer Liqasının I turundakı rəqib və çempionat haqda da danışıb: "Səbail” yenilənmiş komandadır. Heyətinə yaxşı futbolçular qatıb. Bunlar həm yerli, həm də legioner oyunçulardır. Bu il komandalar heyətini gücləndirib. "Keşlə”ni də bugünkü qarşılaşmada gördük. Qarşıdakı mövsüm daha sürətli və gərgin çempionat keçəcək”.
 
Sport7.az

Xəbər lenti