Sənan Qurbanov:

Sənan Qurbanov: "Bütün oyunçularımız yığmaya layiqdi"

Azərbaycan Premyer Liqasının 21-ci turunun "Neftçi” – "Qəbələ” oyunundan (1:1) sonra "qırmızı-qaralar”ın çalışdırıcısı Sənan Qurbanovun mətbuat konfransı keçirilib.
 
Sport7.az sizi 39 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir: "Neftçi”yə qarşı oynayırdıq. Gərgin və mübarizəli matç olacağını gözləyirdik ki, belə də oldu. İlk yarıda ön xətdə top itkilərimiz olduğundan oyunumuz istədiyimiz kimi alınmadı. Fasilədən sonra oyunumuza bir az düzəlişlər etdik. Çalışdıq ki, hücumların kəsərini artıraq. Futbolçulara rəqibin boşluqları barədə məlumat vermişdik. Hesabda geriyə düşsək də, futbolçular xarakter göstərdilər, sonadək "vuruşdular”, konsentrasiyaları 90 dəqiqə davam etdi. Məni sevindirən məqam budur. Liderə qarşı oyunda 1 xal qazandıq. Oyunçularımı bu mübarizəyə görə təbrik edirəm. Həm çempionat, həm kubokdan maksimum faydalanmağa çalışacağıq. Elvin Camalovun ilk yarıdan sonra əvəzlənməsi kiçik zədə ilə bağlıdır. Həm o, həm də yerinə meydana daxil olan Sabien Lilay yaxşı təsir bağışladı. Futbolçularımızın milliyə çağırılmamağı bizi təəccübləndirdi. Bu, baş məşqçinin seçimidir. Ola bilər ki, Xorvatiya ilə matç üçün düşündüyü modelə uyğun oyunçular dəvət edib. Gələcək qarşılaşmalarda bizim futbolçular da çağırılacaq. Mən bütün oyunçularımızı yığmaya layiq görürəm. Rauf Əliyevin, Bəhlul Mustafazadənin dəvət alacağını gözləyirdim. Rauf öz oyunu ilə bunu sübut etdi. Zədə səbəbindən bir müddət komanda ilə hazırlıq keçməyən Vojislav Stankoviç artıq məşqlərə başlayıb”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR