Sənan Qurbanov: "Qol imkanlarımızdan istifadə edə bilmədik"

Sənan Qurbanov:
Sloveniya toplanışı çərçivəsində keçirilən "Qəbələ” – "Krakoviya” oyunundan (0:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanov matç barədə fikirlərini açıqlayıb.
 
Sport7.az xəbər verir ki, 38 yaşlı mütəxəssis yoxlama görüşünü klubun rəsmi saytına açıqlamasında dəyərləndirib:

"Oyunun gedişində bəzi səhvlər buraxdıq. Rəqib də bu boşluqlardan yararlandı. Səhvlərimizi yoxlama oyununda gördük. Qarşılaşmanı təhlil edib, həmin çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Buna baxmayaraq, qol imkanlarımız da oldu. Lakin bundan istifadə edə bilmədik. Yoxlama oyunundakı səhvlərin rəsmi matçlarda təkrarlanmaması üçün çalışacağıq”.

Qurbanov mövsümlərarası hazırlıq prosesi barədə də fikirlərini bildirib: "İyunun 12-dən başlayan hazırlıq prosesi bizim üçün faydalı oldu. Komanda üzvləri məşqlərdə səylə çalışdı. Bunun faydasını qarşıdakı görüşlərdə görəcəyik. Toplanışın səmərəli keçməsi bizə meydanda daha hərəkətli, daha güclü olmaq imkanı verdi. UEFA Avropa Liqasındakı ilk oyuna qədər vaxtımız var. İyulun 12-dək hər gün, hər məşqdən səmərəli istifadə edəcəyik”.
 
Sport7.az

Xəbər lenti