Sənan Qurbanovdan qələbə şərhi

Sənan Qurbanovdan qələbə şərhi
Topaz Premyer Liqasının X turunun "Qəbələ” – "Sabah” oyunundan (2:1) sonra "qırmızı-qaralar”ın baş məşqçisi Sənan Qurbanovun mətbuat konfransı keçirilib.
 
Sport7.az sizi 38 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir: 

"Bu oyuna qələbə üçün çıxmışdıq. 3 xal çox vacib idi. Orta sahə oyunçularına pressinqlə topu rəqibdən almaq və hücumları başlamaq tapşırığı verilmişdi. Bu, matçın ilk yarısında alındı. Qol imkanları yaratdıq, ikisindən istifadə etdik. Hətta oyunun taleyini də həll edə bilərdik. Fasilədən sonra oyun rəqibin üstünlüyü şəraitində keçdi. İkinci hissədən narazı qaldım. Qarşılaşmanı təhlil edəcəyik. Çalışacağıq ki, belə səhvləri təkrarlamayaq. Vacib olan 3 xalı qazandıq. Futbolçularımızı təbrik edirəm. Uğursuz oyunlardan sonra heyətdə dəyişikliklər etməliydik. Aqil Məmmədovla Ceyms Adeniyi məşqlərdə özlərini yaxşı tərəfdən göstərdilər. Aqil çox istəklidir, Ceymsdə adaptasiya prosesi uzun çəkdi. Artıq komandaya tam uyğunlaşıb. Oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq. Komandada rəqabət olmasını istəyirik. Bütün futbolçulara şans verməyə çalışırıq”.
 
Sport7.az

Xəbər lenti