Şenol Günəş Türkiyə millisində

Şenol Günəş Türkiyə millisində
"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş 15 il sonra Türkiyə milli komandasına qayıdıb.

Sport7.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. 

Xəbərə görə, o, iyuna kimi hər iki komandaya başçılıq edəcək. 

66 yaşlı mütəxəssisin "Beşiktaş"la müqaviləsi mövsümün sonunda başa çatacaq və bundan sonra sadəcə milliyə başçılıq edəcək. Ona Quti Hernandes köməklik edəcək. 

Qeyd edək ki, Şenol Günəş 2000-2004-cü illərdə Türkiyə millisini çalışdırıb. Onun rəhbərliyi altında milli komanda 2002-ci ildə dünya çempionatının bürünc mükafatını qazanıb. 
 
Sport7.az

Xəbər lenti