Şenol Günəşin başı yarıldı, tikiş qoydular - FOTOLAR

Şenol Günəşin başı yarıldı, tikiş qoydular - FOTOLAR
Türkiyə kubokunun yarımfinalında qarşılaşan "Fənərbaxça" - "Beşiktaş" matçı xoşagəlməz olaylara səhnə oldu.
 
Sport7.az xəbər verir ki, derbinin 57-ci dəqiqəsində bir azarkeşlə mübahisə edən Tolqa Zengini sakitləşdirməyə gələn "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşin başına tribunadan atılan yad əşya dəyib.
 
Acı içində yerdə qalan mütəxəssisin bu olaydan sonra başının yarıldığı müəyyənləşib. "Fənərbaxça" azarkeşlərinin etirazının davam etməsi üzündən qarşılaşmanın hakimi Mete Kalkavan və köməçiləri meydançanı tərk etdib. O cümlədən "Qara-ağlar"ın texniki personalı və futbolçular da paltardəyişmə otağına yollanıb.
 
Qarşılaşmada 3 dəfə meydançaya atılan yad əşyadan dolayı oyun dayandırılıb və eyni hal 4-cü dəfə təkrarlandığı üçün baş hakim oyunu bitirib.
 
Tribunadan gələn əşya ilə hədəf alınan və başına 5 tikiş qoyulan Güneş isə təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
 


 

Sport7.az

Xəbər lenti