Sensasiyaya imkan vermədilər

Sensasiyaya imkan vermədilər
Bu gün futzal üzrə Yüksək Liqada XX turun oyunları keçirildi. Bakı İdman Sarayında meydana əvvəlcə "Xəmsə” və EKOL komandaları çıxdı.
 
Sport7.az xəbər verir ki, qış fasiləsindən sonra istədiyi nəticələri qazana bilməyən EKOL "Xəmsə” ilə matçda bunun əvəzini çıxmağa çalışdı. "Qol yağışı”na birinci dəqiqədə Samir Həmzəyevlə start verən təcrübəli EKOL böyükhesablı qələbəyə sevindi. Komandasının heyətində ən çox qol vuran elə Həmzəyev oldu. 6 dəfə rəqib torunu silkələyən Həmzəyevdən başqa, Atakişiyev pokerə imza atdı. Qazanılan qələbə sayəsində xallarının sayını 29-a çatdıran EKOL üçüncü pillədəki mövqeyini bir qədər də möhkəmləndirdi.

Turun ikinci oyunu daha gərgin və maraqlı keçdi. CBC Sport kanalında canlı yayımlanan qarşılaşmada ilk 2 qolu "Yasamal”ın kapitanı Mortoza Cahandost vurdu. Hücumçu əvvəlcə komandasını hesabda önə keçirdi. Amma o, növbəti dəfə topu rəqibin deyil, öz komandasının qapısına vurdu və avtoqol müəllifi olub. Növbəti qolları isə "FK.İD.Futsal”ın oyunçuları vurdu. Anar qapıçıdan dönən topu tora qovuşdurdu. Növbəti hücumda isə təcrübəli Ağatahir Əzimov komandasının hesabdakı üstünlüyünü artırdı. Faiq Əliyevin komandasının 4-cü qolunu vurduğu epizod zamanı top rəqib qapıçıya dəysə də, Roştani artığını edə bilmədi. Komandalar fasiləyə bu hesabla yollandılar. İkinci hissədə bu dəfə ilk qolu "FK.İD.Futsal” vurdu. Nihad Faiqin ara ötürməsini lazımi ünvana çatdırdı. Elşənin qolundan sonra rahatlaşan debütantın baş məşqçisi Rəfail Abdulov ehtiyat komandadan cəlb etdiyi Ruzigarı meydana buraxdı. 30-cu dəqiqədə isə Asif Zeynallı rəqibi təhqir etdiyinə görə, birbaşa qırmızı vərəqə alaraq, meydandan qovuldu. Həmin anda "Yasamal”ın rəhbəri də texniki zonanı tərk etmək məcburiyyətində qaldı. Buna səbəb Orxan Allahverdiyevin texniki zona qaydalarını pozması (etiraz etməsi) oldu. Düzdü, rəqibin meydanda azlıqda qaldığı müddətdə qol vura bilməyən "Yasamal” ancaq 6-cı dəqiqədə fərqi 4-ə endirdi. Bu dəfə Xəyal Quliyev adını tabloya yazdırdı. Ancaq "FK.İD.Futsal” 4 topluq üstünlüklə barışmaq niyyətində deyildi və sürətli hücum zamanı Elvin Quliyev komandasını arzusuna çatdırdı. Qol "yağışı”nı qapıçı qapadı. Hücuma qoşulan Ramil Həsənzadə top tutmaqda deyil, vurmaqda da məharətli olduğunu göstərdi. 

Turun mərkəzi oyununda "Araz” əzəli rəqibi "Neftçi” ilə qarşılaşdı. Birinci dövrədə heç-heçə edən komandaların duelini ikinci dövrədə "Araz” qazanmışdı. Bu dəfə xal qazanmaq üçün meydana çıxan "Neftçi”nin heyətində 2 debütant yer almışdı. Söhbət iranlı legionerlər Məhəmməd Beyralı və Eshaq Surqalidən gedir. Birinbci "stolba” ikinci isə müdafiəçi mövqeyində çıxış edir. Oyuna gəldikdə, "Araz” hesabı erkən açdı. Qalonun zərbəsindən sonra top yolüstü rəqibin oyunçusuna sürtünüb tora daxil oldu. Sonrakı dəqiqələrdə hər iki komanda hesabı dəyişə bilərdə. Xüsusilə də "Neftçi” 10-cu dəqiqədə 5 cərimə limitini dolduran "Araz”ın qapısına təyin edilən 10 metrlik zərbəni boşa verməklə, təəssüf doğurmaya bilməzdi. Yeri gəlmişkən, "Neftçi”nin debütantları matçda oyunlarından çox vərəqələrlə yadda qaldı. Surqali hətta debütünü qırmızı ilə tarixə yazdırdı. Buna qədər isə Bolinya hesabı dəyişdi. Mərkəzdə rəqibin zərbə vurmasına imkan verdiyi "stolba” fürsəti qaçırmadı. Bolinya isə dublnu rəsmiləşdirdi. 
 
"Xəmsə” - EKOL (2:9) 3:18 
 
12 mart. Bakı İdman Sarayı. Saat 12:30
Hakimlər: Elçin Səmədli, Əli Cəbrayılov, Kənan Məlikov
Hakim-inspektor: Nazim Qaracayev
Qol: N. İbrahimov, 3:10, Ə. Həsənov, 14:35,18:30 // S. Həmzəyev, 0:24, 7:55, 15:10, 26:04, 27:39, 33:07, F. Atakişiyev, 2:17, 19:05, 19:51, 36:40, S. Məstiyev, 3:22, F. Ələkbərov, 6:29, Ə. Abasov, 7:04, 20:41, 31:18, R. Əhmədov, 23:35, T. Ağayev, 34:36, Ə. Ələsgərli, 39:18
 
"Xəmsə”: 1. Rəşad Zeynallı (q), 8. Ceyhun Yusifov, 13. Novruz İbrahimov (k), 9. Samir Əmirov, 10. Əli Həsənov, 5. Elmidar Abbasov, 14. Yamin Ağakərimov, 7. Elçin Zeynalov
Rəhbər: Samir Tağıyev
 
EKOL: 1. İntiqam Babayev (q, k), 2. Radik Əhmədov, 4. Fərid Atakişiyev, 9. Əsgər Abasov, 10. Samir Həmzəyev, 99. Emin Kürdov (q), 14. Zaur Fərziyev, 17. Fərid Ələkbərov, 7. Sərxan Məstiyev, 13. Taleh Ağayev, 33. Ələsgər Ələsgərli 
Baş məşqçi: Radik Əhmədov

"Yasamal” FK – "FK.İD.Futsal” (1:4) 2:8 
 
12 mart. Bakı İdman Sarayı. Saat 14:30
Hakimlər: Yusif Nurullayev, Ramil Namazov, Ramiz Məhərrəmov
Hakim-inspektor: Ələkbər Məmmədov
Qollar: M. Cahandost, 2:29, X. Quliyev, 35:20 // M. Cahandost, 8:10 (a/q), A. Ağayev, 10:44, A. Əzimov, 11:06, F. Əliyev, 14:16, N. İsmayılov, 21:09, E. İbrahimxəlilov, 26:44, E. Quliyev, 37:35, R. Həsənzadə, 39:38
Sarı vərəqə: S. Cavid, 37:35
Qırmızı vərəqə: A. Zeynallı, 31:17

"Yasamal” FK: 1. Mohammed Roştani, 80. Omid Oraz, 9. Vladislav Vorobyov, 10. Mortoza Cahandost (k), 12. Sadiq Cavid, 33. Teymur Mirzəyev (q), 14. Cavid Taleb, 47. Rəsul Akbari, 2. Məhəmməd Şahsavari, 3. Xəyal Quliyev, 4. Seyid Əmirzadə
Rəhbər: Orxan Allahverdiyev
 
"FK. İD. Futsal”: 12. Ramil Həsənzadə (q, k), 8. Nihad İsmayılov, 9. Elşən İbrahimxəlilov, 10. Faiq Əliyev, 13. Ağatahir Əzimov, 1. Ümid Paşayev (q), 4. Elvin Quliyev, 5. Asif Zeynallı, 6. Anar Ağayev, 7. Ruzigar İbrahimzadə 
Baş məşqçi: Rəfail Adbulov

"Araz” - "Neftçi" İK (2:0) 4:0
 
12 mart. Bakı İdman Sarayı. Saat 16:00
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Azad Hüseynov
Hakim-inspektor: Ağarza Rzayev
Qol: Qalo, 3:10, Bolinya, 14:58, 35:45, İ. Atayev, 34:32
Sarı vərəqələr: X. Bağırov, 5:52, Bolinya, 13:27, E. Borges, 35:45, R. Fərzəliyev, 38, R. Çovdarov, 40 // E.Surqali, 5:52, M. Beyrali, 13:27
Qırmızı vərəqə: E. Surqali, 32:54
 
"Araz”: 1. Rövşən Hüseynli (q), 3. Teles Thaqo Bolinya, 6. Eduardo Borges, 13. Kardosa Everton Qalo, 17. İsa Atayev, 19. Anar Məmmədov (q), 8. Rizvan Fərzəliyev (k), 7. Ramiz Çovdarov, 11. Xətai Bağırov, 9. Oktay Rüstəmli, 10. Reza Tolouei, 18. Adil İsmayılov
Baş məşqçi: Joze Alesio da Silva
 
"Neftçi” İK: 23. Elnur Zamanov (q), 5. Mehram Eybeli, 6. Məhəmməd Katebi, 8. Vahib Xocayev, 11. Tural Qurbanov, 1. Samir Mehtiyev (q), 10. Rüfət Balakişiyev (k), 17. Vüsal İsayev, 7. Tural İsmayılov, 14. Mehran Əxbəri, 94. Oruc Baxşəli, 13. Əjdər Əjdərov, 9. Məhəmməd Beyralı, 22. Eshaq Surqali
Baş məşqçi: İlqar Aslanov

№ Komanda O Q H/H M T/F X
 
1 Araz 17 16 1 0 105-22 49
2 Marafon Futsal 17 12 0 5 68-36 36
3 EKOL 17 9 2 6 70-49 29
4 FK.İD.Futsal 17 6 4 7 72-61 22
5 Neftçi İK 15 5 3 7 39-42 18
6 Yasamal 16 4 0 12 52-103 12
7 Xəmsə 17 0 2 15 42-136 2
 
Bombardir: Bolinya ("Araz") - 21 qol
 
Sport7.az

Xəbər lenti