"Sent-Luis" 49 il sonra Stenli Kubokunun finalında

NHL-də Qərb konfransının final seriyasında 6-cı görüş keçirilib.

"San-Xose"ni qəbul edən "Sent-Luis" çətinlik çəkmədən qələbə qazanıb. "Bluz"un heyətində Devid Perron, Vladimir Tarasenko, Breyden Şenn, Tayler Bozak və İvan Barbaşyov fərqləniblər. "San-Xose"nin yeganə qoluna isə Dilan Qembrell imza atıb. Beləliklə, seriyanı 4:2 öndə tamamlayan "Sent-Luis" Stenli Kubokunun finalında oynamaq haqqı əldə edib.


NHL

Pley-off

Qərb konfransı (final seriyası)

"Sent-Luis Bluz" - "San-Xose Şarks" - 5:1

Seriyada hesab - 4:2 ("Sent-Luis" mərhələ adladı)


"Bluz" 4-cü dəfə Stenli Kubokunun finalına yüksəlib. Sonuncu dəfə komanda 1970-ci ildə həlledici seriyada oynamışdı. O zaman "Sent-Luis" "Boston"la bacarmamışdı - 0:4.

Qeyd edək ki, Stenli Kubokunun final seriyasında "Sent-Luis"in rəqibi məhz "Boston" olacaq.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR