"Sent-Luis" tarixində ilk dəfə Stenli Kubokunun qalibi oldu

NHL-də Stenli Kubokunun final seriyasında 7-ci oyun keçirilib.

"Boston" "Sent-Luis"i qəbul edib. 16-cı dəqiqədə hesab açılıb. Qonaqların heyətində seriyanın ulduzu Rayan O'Raylli fərqlənib. Birinci periodun sonuna yaxın "Sent-Luis" Aleks Pyetranjelonun qolu sayəsində fərqi artırıb. Üçüncü periodda "Bluz" daha iki dəfə rəqib qapısına yol taparaq hesabı 4:0 edib. "Boston"un təsəlli qolundan artığına gücü çatmayıb. 57-ci dəqiqədə Mett Qjelçik "Bruins"in matçakı yeganə qoluna imza atıb. Beləliklə, "Boston"u 4:1 məğlub edən "Sent-Luis" seriyanı 4:3 öndə bitirərək tarixində ilk dəfə Stenli Kubokunun qalibi olub.


NHL

Stenli Kuboku

Final seriyası (7-ci oyun)

"Boston Bruins" - "Sent-Luis Bluz" - 1:4

Qollar: Qjelçik (57) - O'Raylli (16), Pyetranjelo (19), Şenn (51), Senford (55)

Seriyada hesab - 3:4


"Sent-Luis"in hücumçusu Rayan O'Raylli Stenli Kubokunun ən yaxşı oyunçularına təqdim olunan Konn Smayt adına mükafata layiq görülüb. Kanadalı final seriyasında 9 (5+4) xalla oynamışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR