Serb çalışdırıcı AFFA-dan istədiyi pulu alacaq - SON DURUM

Serb çalışdırıcı AFFA-dan istədiyi pulu alacaq - SON DURUM

AFFA-nın U-21 yığmamızı tapşırmaq istədiyi Milan Obradiviç Bakıya gəlib. Serb mütəxəssis danışıqları yekunlaşdırmaq üçün qurum rəhbərliyi ilə görüşüb.

Sport7.az xəbər verir ki, bir neçə gün öncə Serbiya mətbuatında Obradoviçin təklifdən imtina etdiyi yazılırdı. Hətta sözügedən ölkənin əsas millisinin baş məşqçisi Mladen Krstaiç də məsələnin qapandığını, Obradoviçin heç yerə getməyəcini bildirmişdi.

Obradoviç dünən Bakıya təşrif buyurmasında qeyri-adi nəsə yoxdu. AFFA-nın ilkin maliyyə təklifinə "yox” deyən çalışdırıcı "oxuduğu qiymət”i israrla tələb edib və bu işdə həmyerliləri ona yardımçı olub. Belə desək, Assosiasiyanın baş katibi Elxan Məmmədovu əks-hücumda yaxalayaraq hədəfinə çatıb. (Fanat.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR