"Sərbəst"lər bir gümüş, iki bürünc medalla başladı

İtaliyanın Faenza şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

Sport7.az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub.

Ramik Heybətov debütdə çətinliklə də olsa, ukraynalı rəqibini üstələyib. Ancaq 1/4 finalda Fransa idmançısına qalib gəlmək üçün cəmi 1 dəqiqə Ramik üçün kifayət edib. Ancaq yarımfinalda minimal hesabla uduzan Heybətov iyunun 22-də bürünc medal üçün güləşib və rusiyalı rəqibinə məğlub olub.
 
Zirəddin Bayramov startda çətinlik çəkmədən belaruslu həmkarını yolundan kənarlaşdırıb. Şəmkir güləş məktəbinin yetirməsi qarşısında gürcü idmançı da aciz qalıb. Ancaq Bayramov finalın bir addımlığında türk güləşçiylə bacarmayıb və iyunun 22-də 3-cü yer uğrunda mübarizə aparıb. Erməni rəqibiylə qarşılaşma dramatik alınıb. Hesabda 0:6 geriyə düşən Zirəddin əzmkarlıq nümayiş etdirərək möhtəşəm geridönüşə nail olub və bürünc medalı boynundan asıb. 
 
Cəbrayıl Hacıyev də ilk görüşünü tam üstünlüklə başa vurub. Yığma üzvü italyan güləşçiyə aman verməyib. Polşa güləşçisi də yarım dəqiqədən artıq tab gətirə bilməyib. Hacıyev Ukraynanı təmsil edən erməni rəqibinə də gücünü göstərərək adını finala yazdırıb. Cəbrayıl iyunun 22-də həlledici qarşılaşmaya çıxıb. Rusiya təmsilçisiylə bacarmayan Hacıyev gümüş medalla kifayətlənib.
 
Abdulcəlil Şabanov polşalı idmançıya cəmi 36 saniyəyə "tuşe" ilə qalib gəlməklə Avropa çempionatına inamlı start verib. Həmyerlimiz Moldovadan olan rəqibinə də göz açmağa imkan vermədən adını yarımfinala yazdırıb. Ancaq finala bir addım qalmış ukraynalı həmkarına məğlub olan Şabanov iyunun 22-də bürünc medal qarşılaşmasına çıxıb və gürcü rəqibinə uduzub.
 
Hamlet Nəsibli ilk görüşdə Belarus təmsilçisinə qalib gəlib. Nəsibli gürcü rəqibini də məyus edərək yarımfinala yüksəlib. Ancaq bu mərhələdə bolqar idmançıya yenilən Hamlet iyunun 22-də üçüncü yer üçün güləşib. Polşa güləşçisinə qalib gələn həmyerlimiz bürünc medala sahib olub.

48 kq
 
Təsnifat - Ramik Heybətov - Vladislav Abramov (UKR) *1:1
1/4 final - Ramik Heybətov - Nikolas Henri Qardette (FRA) 10:0
1/2 final - Ramik Heybətov - Harutyun Hovannisyan (ARM) 2:3
Bürünc medal görüşü - Ramik Heybətov - Ramazan Baqavudinov (RUS) 3:7

55 kq
 
1/8 final - Zirəddin Bayramov - Yannis Padkoviç (BLR) 10:0
1/4 final - Zirəddin Bayramov - Omar Qazaşvili (GEO) 4:0
1/2 final - Zirəddin Bayramov - Muhammet Karavus (TUR) 4:12
Bürünc medal görüşü - Zirəddin Bayramov - Hayk Abrahamyan (ARM) 8:6

65 kq
 
1/8 final - Cəbrayıl Hacıyev - Fiorentso Priolo (İTA) 10:0
1/4 final - Cəbrayıl Hacıyev - Kristian Tomaş Krupinski (POL) 10:0
1/2 final - Cəbrayıl Hacıyev - Narek Poqosyan (UKR) 8:3
FİNAL - Cəbrayıl Hacıyev - İman Şixşabekov (RUS) 0:4
 
80 kq
 
1/8 final - Abdulcəlil Şabanov - Damian Daniel Korbus (POL) 4:0 (tuşe)
1/4 final - Abdulcəlil Şabanov - Yon Demyan (MDA) 10:0
1/2 final - Abdulcəlil Şabanov - Denis Saxaliuk (UKR) 8:2
Bürünc medal görüşü - Abdulcəlil Şabanov - Daviti Koquaşvili (GEO) 4:13

110 kq
 
Təsnifat - Hamlet Nəsibli - Oleq Tsaranok (BLR) 8:2
1/4 final - Hamlet Nəsibli - Georgi Çixradze (GEO) 4:1
1/2 final - Hamlet Nəsibli - Georgi Lyubomirov İvanov (BUL)
Bürünc medal görüşü - Hamlet Nəsibli - Hubert Vişnievski (POL) 4:0
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR