Serbiya klubu İbrahimoviçdən üzr istədi

Serbiya klubu İbrahimoviçdən üzr istədi

"Srvena Zvezda" UEFA Avropa Liqasının 1/16 finalının "Milan”a qarşı ilk oyun zamanı (2:2) təhqirlərə məruz qalan rəqib komandanın hücumçusu Zlatan İbrahimoviçdən üzr istəyib.

Sport7.az xəbər verir ki, məsələ ilə bağlı bəyanat yayan klub təhqiramiz ifadələri ən sərt şəkildə pislədiyini açıqlayıb: "Srvena Zvezda" Zlatan İbrahimoviçlə bağlı təhqiramiz ifadələri ən sərt şəkildə pisləyir. Görüşü iki böyük komanda səviyyəsində təşkil etmək üçün əlimizdən gələni etdik və heç kimin ölkəmizin, xalqımızın ənənəvi qonaqpərvərliyinə kölgə salmasına imkan verməyəcəyik".

Sosial şəbəkələrdə Bosniya və Xorvatiya əsilli İbrahimoviçin etnik zəmində təhqir olunduğunu əks etdirən video yayılıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR