Serbiya Türkiyəni məğlub etdi və Avropa çempionu oldu

Serbiya Türkiyəni məğlub etdi və Avropa çempionu oldu

Qadın voleybolçular arasında keçirilən Avropa çempionatına yekun vurulub.

Turnirin finalında Serbiya və Türkiyə milliləri üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşün qalibi tay-breykdə müəyyənləşib. Həlledici anlarda daha yaxşı oynayan Serbiya 3:2 hesabı ilə qələbə qazanaraq ardıcıl ikinci, ümumilikdə isə üçüncü Avropa çempionluğunu rəsmiləşdirib. Qeyd edək ki, Balkan təmsilçisi həm də son dünya çempionatının qalibidi.

Tiyana Boşkoviç 23 xalla qarşılaşmanın ən məhsuldarı olub. 22 yaşlı diaqonal oyunçusu turnirin "ən dəyərli oyunçusu" (MVP) seçilib. Onun komanda yoldaşı Brankitsa Mihayloviç 22 xalla yadda qalıb. Türkiyənin heyətində Meryem Bozun 16 xallıq performansı qələbə üçün yetərli olmayıb.

Üçüncülük uğrunda görüşdə isə İtaliya Polşaya set verməyib.


Avropa çempionatı

Ankara (Türkiyə)

Final

Serbiya - Türkiyə - 3:2 (21:25, 25:21, 25:21, 22:25, 15:13)


Üçüncülük uğrunda oyun

İtaliya - Polşa - 3:0 (25:23, 25:20, 26:24)


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR