"Serbiya yığmasının üzvləri daha üstündürlər" - Emin Mahmudov

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan – Serbiya oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında millimizin üzvü Emin Mahmudov fikirlərini söyləyib.
 
Sport7.az xəbər verir ki, yarımmüdafiəçi bunları deyib: "Serbiya çox çətin rəqibdir. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək. Qələbə qazanmağa çalışacağıq. Əsas komandanın kollektiv şəkildə çıxış etməsidir. Etiraf etmək lazımdır ki, bizim səviyyə onlardan üstün deyil. Hamı bilir ki, Serbiya yığmasının üzvləri daha üstündürlər. Oyun ərzində bir saniyə konsentrasiyanı itirsək, qol vura bilərlər. Daha çox topla oynamağa çalışmalıyıq. Mən də əlimdən gələnin maksimumunu etməyə, milliyə xeyir verməyə çalışacağam”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR