"Serbiyanı doyuracaq qədər pul qazandım" - Məşhur tennisçi

Məşhur serbiyalı tennisçi Novak Cokoviç 3-cü restoranını açıb.

Sport7.az xəbər verir ki, bu restoranın özəlliyi hesabı ödəyə bilməyənlərdən pul alınmamasıdı. İlk restoranını 2009-cu ildə Belqradda "Novak" adı ilə açan idmançı Monte Karloda "Eqvita"nı da təsis etdi. Restoran zəncirinə 3-cü halqanı da məhz Serbiya paytaxtında qoşdu. 

Cokoviç yeni açdığı restoranın özəlliyi ilə bağlı danışarkən "Önəmlisi odu ki, mənə çox şey vermiş bu torpaqlara az da olsa borcumu ödəyim. Bütün Serbiyanı doyuracaq qədər pul qazandım" sözlərini işlədib. 

Cokoviç təkcə tennisdən yarış mükafatları olaraq 110 milyon dollar pul qazanıb. Buna reklam və sponsor gəlirləri daxil deyil.

Sport7.az

Xəbər lenti