Serblər yığmamızdan

Serblər yığmamızdan "İntiqam" aldı

Futzal üzrə Azərbaycan milli komandası bu gün Serbiya ilə növbəti yoldaşlıq oyunu keçirib.

Sport7.az xəbər verir ki, qarşılaşmadan əvvəl "Ekonomaç” klubunun prezidenti və baş məşqçisi vaxtilə bu komandanın formasını geyinmiş millimizin üzvü Vitali Borisova xatirə hədiyyəsi təqdim edib. 2016-18-ci illərdə Borisov "Ekonomaç"la 2 dəfə Serbiya çempionu, bir o qədər də ölkə kubokunu qazanıb. 

Oyuna gəldikdə, bir gün əvvəl keçirilmiş qarşılaşmada Vitali Borisov və Everton Kardoso zədələndiyi üçün ikinci dueldə meydana çıxmadı. Matç rəqibin 7:5 hesablı qələbəsi ilə başa çatıb. Fasiləyə qədər 4 cavabsız qol vuran meydan sahibləri ikinci hissənin gedişində hesabı artırsa da, ruhdan düşməyən futzalçılarımız fərqi 2 topa qədər endirməyi bacarıb. Yeri gəlmişkən, millimiz ikinci hissəni böyük ölçüdə 5 meydan oyunçusu ilə keçirib. Bu funksiyanı Ramiz Çovdarov yerinə yetirib.

Bu komandalar arasında keçirilmiş ilk oyunda millimiz 2:1 hesabı ilə qələbə qazanmışdı.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR