Serena mövsümdə ilk qələbəsini qazandı

Serena mövsümdə ilk qələbəsini qazandı

Dünya lideri Serena Uilliams (ABŞ) Avstraliya Açıq Çempionatına qələbə ilə başladı. Serena titulunu qorumağa tam hazır olduğunu açıqlayıb.

Sport7.az xəbər verir ki, Kamila Qiorqi (İtaliya) Serenaya mane olmağı bacarmadı. Dünya lideri iki setin yekununda qələbəsini rəsmiləşdirdi. 1 saat 45 dəqiqə davam edən matç Serenanın 6-4 7-5 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda Serena 9 eys və 2 ikili səhvə imza atdığı halda, Kamila 7 eys və 12 (!) ikili səhv ilə fərqlənib. Ümumi olaraq 138 xal oynanılıb və qalib Serena 79-u aktivinə yazıb.

Kişilər arasında dünya lideri olan Novak Cokoviç (Serbiya) də turnirə qələbə ilə başlayıb. Cokoviç Cənubi Koreyadan olan Hyeon Çunqu üstələyə bilib. Cokoviç 6-3 6-2 6-4 hesabı ilə qalib gəlib. Matç 1 saat 55 dəqiqə davam edib.

Maraqlı görüş həmçinin ötən il Bakıda karyerasının ilk titulunu qazanan Marqarita Qasparyandan (Rusiya) gəlib. Qasparyan turnir 17-cisi olan Sara Erranini (İtaliya) məğlub edib. Bu görüş 2 saat 12 dəqiqə davam edib və Qasparyanın 1-6 7-5 6-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Həmçinin qadınlar arasında Petra Kvitova (Çexiya), Aqneşka Radvanska (Polşa) ikinci raunda keçə biliblər. Sabiq dünya lideri və turnirdə 16-cı nömrə altında çıxış edən Karolin Voznyatski (Danimarka) isə ilk raund həddini keçə bilməyib. Yuliya Putintseva (Qazaxstan) onun yolunu kəsib.

Kişilərdən Kei Nişikori (Yaponiya), Tomaş Berdıx (Çexiya), Marin Çiliç (Xorvatiya) ikinci raunda yüksələnlərdəndirlər. 

Heydər Rzayev


OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR