Serena Uilyams finalda uduzdu

Serena Uilyams finalda uduzdu
"US Open" turnirinin final matçında yaponiyalı tennisçi Naomi Osaka amerikalı rəqibi Serena Uilyamsla üz-üzə gəlib.

Sport7.az xəbər verir ki, mükafat fondu 53 milyon dollar olan turnirin son oyunu Naomi Osakanın 6:2 və 6:4 hesablı qələbəsi ilə başa çatıb. Matç qalmaqalsız ötüşməyib.
 
Oyunun gedişində Serena Uilyams bir neçə xəbərdarlıq alıb. O, bir neçə dəfə hakimi təhqir edib. Eləcə də digər qayda pozuntularına yol verib.
 
Sport7.az

Xəbər lenti