Serena Uilyams: "Oyundan əvvəl də halım pis idi" - VİDEO

Serena Uilyams:
Serena Uilyams virus xəstəliyi səbəbindən Qarbinye Muqurusa ilə görüşün gedişində oyunu davam etdirə bilməmiş və üçüncü turda mübarizəni dayandırmışdı.

"Böyük dəbilqə" turnirlərinin 23 qat qalibi qarşılaşmadan öncə də halının pis olduğunu bildirib:

"Hələ oyundan əvvəl özümü yaxşı hiss etmirdim. Matçın gedişində vəziyyətim daha da pisləşdi. Bir tərəfdən başımın gicəllənməsi, bir tərəfdən də sanki tükənmişdim.

Bəlkə də, oyunun əvvəllərindəki hesab (Serena ilk setdə 3:0 öndə idi) sizi yanılda bilər, ancaq mən başdan-sona özümü pis hiss edirdim. Özümə gələndən sonra Mayamidə keçiriləcək turnirin hazırlıqlarına başlayacam".

Serenanın ötən il dekretdən qayıtdıqdan sonra iştirak etdiyi ilk turnir məhz "İndian Uells" idi. O zaman da amerikalı raketka ustası üçüncü tura qədər irəliləyə bilmişdi.

Qeyd edək ki, sabiq dünya bir nömrəsi Qarbinye Muqurusa üçüncü dəfədi ki, "İndian Uells"də 1/8 finala yüksəlir. İspan tennisçi Kiki Bertensi məğlub edəcəyi təqdirdə sözügedən turnirdəki ən yaxşı nəticəsinə imza atacaq.


Sport7.az

Xəbər lenti