Serena Vilyams Oklenddə korta çıxacağını təsdiqlədi

Serena Vilyams Oklenddə korta çıxacağını təsdiqlədi

"Böyük dəbilqə" turnirlərinin 23 qat qalibi Serena Vilyams 2020-ci ildə 6-12 yanvar tarixlərində Oklenddə keçiriləcək "ASB Classic"-ə qatılacaq.

"Oklenddə titul qazanmaq arzusundayam. Ötən dəfə öz səviyyəmə uyğun şəkildə çıxış etmədim. Əslində, bunun üçün çox çalışdım, ilk matçımdan qalib də ayrılmışdım. Oklendlə bağlı möhtəşəm və xüsusi xatirələrim var. Onlara yenilərini əlavə etmək niyyətindəyəm", - deyə amerikalı tennisçi bildirib.

Serena bir dəfə "ASB Classic" turnirində iştirak edib. O, 2017-ci ildə Medison Brenqlə uduzaraq ikinci mərhələdə mübarizəni dayandırmışdı.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR