Serena Vilyams Sinsinnatidəki turnirdə iştirakdan imtina etdi

Serena Vilyams Sinsinnatidəki turnirdə iştirakdan imtina etdi

Serena Vilyams Sinsinnatidə keçirilən "Premier" seriyalı turnirdə iştirakdan imtina edib. Amerikalı tennisçi belindəki ağrılar səbəbindən belə qərar qəbul edib:

"Western and Southern Open"də iştirakdan imtina etmək məcburiyyətində qaldığım üçün çox məyusam. Bu, mənim oynamağı ən çox sevdiyim turnirlərdən biridi. Bazar günü Meysona gəldim və bugünkü matça hazır olmaq üçün əlimdən gələni etdim. Hətta səhərki məşqdən sonra da oynayacağıma dair ümidim var idi. Ancaq təəssüf ki, belim hələ də yaxşı deyil və mən bu vəziyyətdə korta çıxa bilmərəm. Mənə oynamağım üçün hər cür şəraiti yaradan turnirin direktoru Andre Silva və WTA-ya təşəkkürümü bildirmək istəyirəm. Sinsinnatidəki möhtəşəm azarkeşləri unutmaq fikrim yoxdu. Dəstəyinizə görə minnətdaram. Bu, mənim üçün çox böyük məna ifadə edir. Söz verirəm ki, gələn il burada korta çıxa bilmək üçün əlimdən gələni edəcəm".

Serena ötən həftə Torontoda keçirilən turnirin final matçını məhz belindəki zədə səbəbindən sonadək davam etdirə bilməmişdi.

Vilyamsı Sinsinnatidə Cessika Pequla əvəz edib. O, Zarina Diyasla qarşılaşmadan 0:2 (5:7, 4:6) hesabı ilə məğlub ayrılıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR