Serena Vilyamsdan xal ala bilərsiniz? - Sorğu (FOTO)

Serena Vilyamsdan xal ala bilərsiniz? - Sorğu (FOTO)

Serena Vilyamsla tennis oynamaq imkanınız olsa, ondan bir xal ala bilərsiniz?

Bu sualı "YouGov" britaniyalılara ünvanlayıb. Onlardan üç variant ("hə", "yox", "bilmirəm") arasında seçim etmələri istənilib.

Nəticələrə əsasən, kişilərin 74%-i "yox" cavabını verib. 12% isə Serenadan bir xal ala biləcəklərinə inanır.

Qadınlar arasında özünə güvənənlərin sayı daha da azdı. Sorğuda iştirak edən zərif cins nümayəndələrinin 3%-i Serena qarşısında şanslarının olduğunu düşünür. "Yox" deyənlər 87% təşkil edir.
 


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR