Bianka Andreesku

Bianka Andreesku "US Open"in qalibi oldu

"US Open"də qadınların mübarizəsində qalib müəyyənləşib.

Final görüşündə Bianka Andreesku və Serena Vilyams üz-üzə gəlib. İlk seti kanadalı raketka ustası çətinlik çəkmədən aktivinə yazdırıb. İkinci setin gedişində Andreesku hesabda 5:1 önə keçib və çempionluq xalı əldə edib. Buna baxmayaraq, Serena geridönüş edərək hesabı bərabərləşdirə bilib. Lakin 12-ci qeymdə Biankanın əlinə yenidən fürsət düşüb və bu səfər o, çempionluğunu rəsmiləşdirə bilib. 19 yaşlı tennisçi 1 saat 41 dəqiqənin tamamında Serena Vilyamsı 2:0 hesabı ilə məğlub edərək karyerasının ilk "Böyük dəbilqə" titulunu qazanıb.


US Open (Böyük dəbilqə)

Nyu-York, ABŞ

Final

Bianka Andreesku (Kanada) - Serena Vilyams (ABŞ) - 2:0 (6:3, 7:5)
 

Bianka Andreesku 2006-cı ildən (Mariya Şarapova) bəri qadınlar arasında "Böyük dəbilqə" qazanan ilk yeniyetmə olub. Həmçinin o, BD zəfəri yaşayan ilk kanadalı tennisçidi.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR