Sərgən Yalçının yeni klubu müəyyənləşdi

Sərgən Yalçının yeni klubu müəyyənləşdi
"Alanyaspor”un yeni baş məşqçisi müəyyənləşib.
 
Sport7.az xəbər verir ki, Superliqa təmsilçisi Sərgən Yalçına tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında mövsümün sonunadək müqavilə imzalanıb. Lakin o, işinə bu həftəsonu keçiriləcək "Fənərbaxça” ilə matçdan sonra başlayacaq. Yalçın son olaraq "Konyaspor”u çalışdırıb. O, bu komandanı ötən mövsüm 17-ci pillədə qəbul edərək sonda elitada saxlamağı bacarmışdı.

Mövsümə Məsut Bakkal ilə başlayan Ağdəniz təmsilçisi son turlarda ardıcıl 4 məğlubiyyətin ardından bu həftə onu istefaya göndərmişdi. "Alanyaspor” 11 turdan sonra 12 xalla 13-cü pillədə qərarlaşıb.
 
Sport7.az

Xəbər lenti