Serhatsız qələbə

Serhatsız qələbə

İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 13-cü turun oyunları keçirilib. 

Sport7.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi "Piterboro Yunayted” də növbəti matçına çıxıb. Doğma meydanda "Linkoln”la qarşılaşan futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Serhatın adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.

"Piterboro Yunayted” 13 turdan sonra 21 xalla 3-cü pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR