"Şerif" azərbaycanlı azarkeşlərə müraciət etdi - UTANC

"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Şerif" azərbaycanlı azarkeşlərə müraciət edib.
 
Sport7.az xəbər verir ki, Moldova klubunun rəsmi "Facebook" hesabında yerləşdirilən müraciətdə fanatlardan təhqiri dayandırmaq xahiş olunub: 

"Hörmətli azərbaycanlı dostlar.

Sizdən çox xahiş edirik, təhqirlərə son qoyun və klubumuza qarşı hücumları dayandırın. Nəzərə alın ki, bura "Şerif”in rəsmi səhifəsidi. Buna görə də bənzər şərhlər dərhal silinəcək. Anlayışınıza görə təşəkkür”.
 
 
 
"Şerif"in "Qarabağ"a rəqib olması dəqiqləşəndən sonra bəzi azarkeşlər klubun rəsmi hesabında təhqir dolu şərhlər yazır. Ümumiyyətlə azarkeşlərimizin avrokuboklardakı rəqiblərimizin sosial media hesablarında qarşı tərəfi təhqir edən şərhlərinə tez-tez rast gəlinir.
 
Bu isə heç də Azərbaycan adına yaxşı hal deyil. Ona görə də belə səviyyəsiz azarkeşlərin sayəsində nə vaxtsa biabr olacağımız qaçılmaz idi...
 
Sport7.az

Xəbər lenti