“Şerif”in baş məşqçisi: “Qəbələ” barədə heç bir məlumatımız yoxdu”

“Şerif”in baş məşqçisi: “Qəbələ” barədə heç bir məlumatımız yoxdu”
"Püşkün nəticəsindən razıyam. Daha güclü rəqiblə düşə bilərdk. Məsələn, Berlin "Herta”sı və ya Yunanıstan PAOK-u ilə. Düzdü, daha güclü rəqiblərlə oyunlarda yaxşı təcrübə toplamaq imkanı da əldə etmək mümkündü. "Qəbələ”nin də sıradan rəqib olduğunu deyə bilmərəm. Amma bu mərhələdə layiqincə çıxış etmək üçün hər cür keyfiyyətə malikik. İndi çempionatda 10 günlük fasilə yaranıb. Bu vaxtdan taktiki planda hazırlaşmaq üçün istifadə edəcəyik. Fiziki baxımdan yaxşı vəziyyətdəyik. Sadəcə, psixoloji planda artırmağımıza ehtiyac var".
 
Sport7.az xəbər verir ki, bu sözləri Moldovanın "Şerif” klubunun U-19 komandasının baş məşqçisi Luka Pavloviç UEFA Gənclər Liqasının püşkünü dəyərləndirərəkən deyib.

Mütəxəssisin klubun rəsmi saytına müsahibəsinin tamamını təqdim edirik:

- "Qəbələ” sizin üçün nə dərəcə tanış rəqibdi?
- Bu komanda barədə heç bir məlumatım yoxdu. Amma Azərbaycan futbolunun inkişafda olduğunu bilirəm. Orada güclü futbol məktəbləri var. Bizə asan olmayacaq. Bu üzdən də rəqibimizi ciddi analiz etməliyik.

- Oyununuzu rəqibə görə quracaqsız, yoxsa öz fəlsəfənizə sadiq qalacaqsız?
- Rəqibin güclü və zəif cəhətlərini məhz analizlər apardıqdan sonra öyrənəcəyik. Yalnız ondan sonra Azərbaycanda baş tutacaq ilk oyun üçün planımızı quracağıq.

- İlk oyunun səfərdə keçirilməsi sizin üçün üstünlükdü?
- İlk oyunu səfərdə keçirmək bizim üçün yaxşıdı. Rəqibi daha yaxından tanımaq imkanı qazanacağıq. Bu, evdə keçirəcəyimiz cavab oyununa yaxşı hazırlaşmağımıza da kömək edəcək. Amma əsas səfərdə sərfəli nəticə qazanmaqdı.

- Komandanızın qarşısına bu turnirdə konkret vəzifə qoyulubmu?
- Əvəzedicilərin çempionatında vacib oyunlarımız var. Növbəti ildə də UEFA Gənclər Liqasına vəsiqə qazanmaq lazımdı. Bu turnirdəki hədəfimizə gəlincə, addım-addım irəliləməliyik. Bu da o deməkdi ki, öncə ilk mərhələni keçməyimiz lazımdı.
 
Sport7.az

Xəbər lenti