Serxio Ramos Olimpiadada iştirak etməyi planlaşdırır

Serxio Ramos Olimpiadada iştirak etməyi planlaşdırır

İspaniya millisinin müdafiəçisi Serxio Ramos 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak etmək istəyir.

"El Mundo Deportivo"nun xəbərinə görə, 33 yaşlı futbolçu növbəti xəyalını gerçəkləşdirmək və Olimpiadanın qalibi olmaq üçün belə bir addım atmaq niyyətindədi.

Tokio-2020-nin futbol turniri 22 iyul - 8 avqust tarixləri aralığında keçiriləcək. Ramosun da qatılmağı planlaşdırdığı Avro-2020 isə olimpik turnirin startından 10 gün əvvəl başa çatacaq.

Qeyd edək ki, futbol üzrə olimpik millilərin heyətində yaşı 23-dən yuxarı olan 3 futbolçu çıxış edə bilər.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR