Serxio Rodriqes rəsmən

Serxio Rodriqes rəsmən "Milan"da (FOTO)

"Milan" Serxio Rodriqesi heyətinə qatdığını açıqlayıb.

İspan point-qard tibbi müayinədən keçdikdən sonra "Milan"la 3 illik müqaviləyə imza atıb.
 
Rodriqes son iki mövsümü ÇSKA-da keçirmişdi. 33 yaşlı basketbolçu Moskva klubunun heyətində 1 dəfə Avroliqada, 2 dəfə isə VTB Liqasında çempionluq yaşayıb.

"Ordu klubu"nun forması ilə 124 matçda meydana çıxan Rodriqes 11,4 xal, 4,8 asist, 1,8 ribaund və 0,9 top oğurlama ortalamaları ilə yadda qalıb.
 






Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR