Serxio Yul:

Serxio Yul: "Ümid edirəm ki, finalda Argentina ilə oynayacağıq"

İspaniya millisinin qardı Serxio Yul dünya çempionatının yarımfinalında Avstraliya üzərində qazanılan qələbəni (95:88 - overtaym) şərh edib:

"Dünya çempionatının yarımfinalıdı, burada hansısa komanda digərinə qələbəni hədiyyə etmir. Rəqib əla oyun nümayiş etdirdi, onlar da qələbə qazana bilərdilər. İşlər pis gedəndə komandamız həmişə vinner xarakterini nümayiş etdirir, ürəyini ortaya qoyur".

Yul finalda Argentina ilə qarşılaşmalarını istəyir:

"Argentina millisində dostlarım çıxış edir. Ümid edirəm ki, finalda Argentina ilə oynayacağıq. Ancaq, yenə də, güclü qalib gəlsin".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR