Şevçenko

Şevçenko "Milan"ı çalışdıra bilər

"Milan" növbəti mövsümə Stefano Piolinin rəhbərliyi altında başlamaq niyyətində deyil. Bu səbəbdən rəhbərlik baş məşqçi axtarışlarına başlayıb.

"Calciomercato"nun məlumatına görə, "Milan"ın texniki direktoru Paolo Maldini Ukrayna millisinin çalışdırıcısı Andrey Şevçenkonun namizədliyini dəstəkləyir.

Daha əvvəl "rossonerilər"in "Laypsiq" və "Hoffenhaym"ın sabiq baş məşqçisi Ralf Ranqnikə təklif göndərdiyinə dair xəbərlər yayılmışdı.

Qeyd edək ki, Şevçenko 1999-2006 və 2008-2009-cu illər aralığında "Milan"da oynayıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR