"Sevilya" baş məşqçisini istefaya göndərib

"Sevilya" baş məşqçi Pablo Maçinlə yollarını ayırıb.

Klubun yaydığı bəyanatda mövsümün sonuna kimi komandanı Xoakin Kaparrosun çalışdıracağı qeyd olunub.

Qeyd edək ki, "Sevilya" iki oyunun ümumi nəticəsinə görə, "Slaviya"ya 5:6 (2:2, 3:4) hesabı ilə uduzaraq Avropa Liqası ilə vidalaşmışdı. Əndəlüs klubu hazırda La Liqada 6-cı pillədə qərarlaşıb.

Maçin 2018-ci ilin yayında "Sevilya"ya baş məşqçi təyin olunmuşdu. O, daha öncə "Numansiya" və "Jirona" klublarını çalışdırıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR