"Sevilya" finala belə adladı - VİDEO

İspaniya kubokunun yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində "Sevilya" doğma meydanda "Leqanes"lə qarşılaşıb.
 
Sport7.az xəbər verir ki, bu görüşdə 2:0 hesablı qələbəyə sevinən "Sevilya" ümumi oyunun nəticəsinə görə də (3:1) rəqibini üstələyərək finala adlayıb. Yarımfinal mərhələsinin digər qarşılaşması "Barselona" ilə "Valensiya" arasında baş tutacaq.  İlk görüşdə rəqibini minimal hesabla (1:0) məğlubiyyətə uğradan "Barselona" üstünlüyünü səfər matçında da qoruyacağı təqdirdə, finala yüksələcək.

 

Xəbər lenti