"Sevilya" kimi komandaya qarşı oynamaq xoşdur" - "Qarabağ"ın legioneri

"Həmvətənlərimi salamlayıram. "Sevilya" kimi komandaya qarşı oynamaq xoşdur. Mövsümün sonunda məşqçilərini dəyişmişdilər. Heyətlərində dəyişiklik edib, daha güclü futbolçular aldılar. Bizim də onlara qarşı arzularımız var. Uğurlu nəticə qazanmağa çalışacağıq”.

Sport7.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Miçel Madera İspaniya təmsilçisi "Sevilya" ilə qarşılaşacaqları Avropa Liqasının qrup mərhələsinin I tur matçından öncə mətbuat konfransında deyib.

- Rəqibin İspaniya klubu olması sizin üçün bir önəm kəsb edirmi?
- Mənim üçün özəl oyundur. Ümumiyyətlə, bu turnirdə iştirak etmək xüsusi hissdir. Turnirboyu bütün oyunlardan zövq almağa və azarkeşlərimizi sevindirməyə çalışacağıq.

- Komandada 3 ispan futbolçu var. Aranızda bu oyunla bağlı danışmısınızmı? 
- Üç gün əvvəl çempionat matçımız var idi, həmin oyuna köklənmişdik. Bu gün bazada olacağıq, bu barədə danışmağa vaxtımız olacaq. Böyük kluba qarşı çıxış edəcəyik. Doğma azarkeşlərimiz önündə uğurlu nəticə göstərməyə çalışacağıq.

- Vaxtilə "Sevilya”ya qarşı bir neçə dəfə oynamısınız. Bu komanda ilə hansı oyun sizin üçün xüsusi yaddaqalandır? 
- Bu, illər öncə olub. "Sportinq Xixon” və "Xetafe”də olarkən xoş və xoşagəlməz xatirələr olub. Həm qalib gəldiyimiz, həm də uduzduğumuz oyunlar olub. Çempionlar Liqasında oynamağa can atan komandadır.

- "Sevilya”nın texniki heyətindən və ya futbolçularından tanıdığınız kimsə varmı? 
- "Xetafe”də birgə oynadığım Serxio Eskudero var. Hələ ki, onunla görüşməmişəm. Yəqin ki, sabah belə bir imkanım olacaq. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR