"Sevilya" onu satmaqdan imtina etdi

"Sevilya” Yussef En-Nasirini satmaqdan imtina edib.

Sport7.az xəbər verir ki, saytının məlumatına görə, La Liqa təmsilçisi "Vest Hem”in təklifini geri çevirib. Premyer Liqa klubu 23 yaşlı mərakeşli üçün bonuslarla birlikdə 33 milyon avro ödəmək istəsə də ispanlar razılaşmayıb.

"Sevilya”nın yayda afrikalını satacağı gözlənilir. Bu, klubun maliyyə durumunu yaxşılaşdırması üçün vacib sayılır. "Vest Hem” isə qışda güclənmək üçün təklifin məbləğini 40 milyona qədər qaldırmağı planlaşdırır.

En-Nasiri 19 oyunda vurduğu 12 qolla La Liqanın bombardirləri yarışında liderliyə şərikdir.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR