"Sevilya"nın futbolçuları üzr istədilər, amma...

"Sevilya"nın futbolçuları karantin qaydalarını pozub.

Sport7.az xəbər verir ki, ispan klubunun 4 oyunçusu, Franko Vaskes, Lukas Okampos, Luk de Yonq və Ever Baneqa yaxın dostları və həyat yoldaşları ilə bir yeyib-içmək masası arxasına toplaşıb.
 
Baneqanın həyat yoldaşı çimərlikdə 12 nəfərin masa arxasında əyləşib əyləndiyini əks etdirən şəkli sosial şəbəkə vasitəsilə paylaşıb. İspaniya hökumətinin tətbiq etdiyi qaydaya görə, koronavirus pandemiyası dönəmində 10 nəfərdən artıq insan bir araya gələ bilməz.

Futbolçular bu hadisədən sonra üzr istəsələr də, onların cərimələnəcəkləri gözlənilir. 

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR