Şeydayevin ürəkaçmayan statistikası – Növbəti “stansiya” haradı?

Şeydayevin ürəkaçmayan statistikası – Növbəti “stansiya” haradı?

Rusiya Premyer Liqasında Avropanın digər ölkələrinə nisbətən qış fasiləsi daha tez başlayır. Bu da ölkənin sərt iqlimi ilə bağlıdı.

Sport7.az xəbər verir ki, həmyerlimiz Ramil Şeydayevin çıxış etdiyi "Dinamo” 2018-ci ildə sonuncu oyununu keçirib. Moskva təmsilçisi "Zenit”ə 0:3 hesabıyla uduzub.

"Dinamo” hazırda topladığı 24 xalla 8-ci pillədə yer alır. Premyer Liqada ümumilikdə 16 komanda yarışır. Moskva təmsilçisi bu 24 xalı 19 oyunda toplayıb. Komandanın məhsuldarlığı elə də yüksək deyil – 19 oyuna cəmi 16 qol. Əvəzində rəqiblər Ramilin komandasını 21 dəfə məyus ediblər.

Təəssüf ki, bu 16 qolun heç birində Ramilin imzası yoxdu. Bu da bir hücumçu üçün heç də yaxşı göstərici sayıla bilməz. Şeydayev cəmi bir məhsuldar ötürmə ilə yadda qalıb.

Millimizin hücumçusu Premyer Liqa oyunlarında cəmi 501 dəqiqə meydanda olub. Həmin 501 dəqiqə ərzində Ramil 8 çempionat oyunun iştirakçısı olub. 5 oyunda ilk dəqiqələrdən meydanda olan həmyerlimiz bunların ikisində əvəzlənib. Məşqçilər korpusu 3 qarşılaşmada Ramili əvəzetmədən "döyüşə” atıblar. Rusiya kubokunda isə Ramil bütöv 90 dəqiqəni meydanda keçirib və həmin oyunda "Dinamo” uduzub.

Statistik göstəricilər ondan xəbər verir ki, Ramil qış fasiləsindən sonra karyerasını "Dinamo”da davam etdirməyəcək. Fasilə martın 1-də bitir. Ramilin növbəti dayanacağının hansı komanda olacağını növbəti günlərdə biləcəyik.

Sport7.az
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR