Rusiya Premyer Liqasında 6-cı turun oyunları keçirilib.
Sport7.az xəbər verir ki, yığmamızın üzvü Ramil Şeydayevin formasını geydiyi "Dinamo" da növbəti matçına çıxıb. Komanda doğma meydanda "Lokomotiv"lə qarşılaşıb. Moskva təmsilçilərinin duelindən isə qonaqlar qalib ayrılıb - 1:2.
Start heyətdə yer alan Ramil Şeydayev 90 dəqiqəni əvəzlənmədən keçirib.
"Dinamo" hazırda 5 xalla 13-cü pillədə qərarlaşıb.
Sport7.az