"ShamkirChess 2019": Məmmədyarov uduzdu, Rəcəbov heç-heçə oynadı

Azərbaycanlı mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" turnirində 3-cü turun görüşləri keçirilib.

Sport7.az xəbər verir ki, bu turda Şəhriyar Məmmədyarov Hindistan təmsilçisi Vişvanatan Anandla üz-üzə gəlib. Görüş Məmmədyarovun məğlubiyyəti ilə yekunlaşıb - 0:1.

Azərbaycanın digər şahmatçısı Teymur Rəcəbov isə çinli Dinq Lirenlə heç-heçə edib - 0,5:0,5. Son dünya çempionu norveçli Maqnus Karlsen çexiyalı David Navaranı məğlub etməklə turnirin vahid lideri olub.

3-cü turun nəticələri: 

Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 0,5
Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) - 0,5:0,5
Alekandr Qrişuk (Rusiya) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
David Navara (Çexiya) - Maqnus Karlsen (Norveç) - 0:1
Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 1:0
 
3 turdan sonra Maqnus Karlsen 2,5 xalla 1-ci pillədə qərarlaşıb. Dinq Liren və Sergey Karyakin 2 xalla 2-3-cü, Vişvanatan Anand, Teymur Rəcəbov və Veselin Topalov 1,5 xalla 4-6-cı yerləri bölüşdürür. 1 xalı olan Alekandr Qrişuk, Aniş Giri, Şəhriyar Məmmədyarov və David Navara isə 6-10-cu yerdədirlər. Turnirə aprelin 9-da yekun vurulacaq.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR